"Bavariya" azarkeşləri növbəti dəfə cəzalana bilər

19 Aprel 2024 20:58 (UTC+04:00)

"Bavariya” azarkeşləri “Arsenal”la oyunda pirotexniki vasitələrdən istifadə etdiklərinə görə yenidən Çempionlar Liqasının səfər matçı üçün qadağa ilə üzləşə bilərlər.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, daha əvvəl Almaniya klubunun tərəfdaşları “Latsio” ilə ev oyunundan sonra qadağa almışdılar və bu səbəbdən “topçular”la səfər oyununa yollana bilməmişdilər.

UEFA bununla bağlı qərarı ayın sonuna kimi verəcək.