ABŞ Çinə ultimatum verib

19 Aprel 2024 19:58 (UTC+04:00)

...Əgər Çin Avropa İttifaqı ilə yaxşı münasibətlər saxlamaq istəyirsə, Moskvaya yardımı dayandırmalıdır.

SİA Reuters-a istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken G7 nazirlərinin İtaliyada keçirilən görüşündən sonra çıxışında deyib.

O qeyd edib ki, Çin Rusiya hərbi-sənaye kompleksi üçün məhsulların, o cümlədən xammal və silahlar komponentlərinin əsas tədarükçüsüdür.

Blinken xəbərdarlıq edib ki, Pekin Avropa ilə yaxşı münasibətlərdə qalmağı planlaşdırırsa, bu cür tədarükləri dayandırsa yaxşıdır. O, ÇXR-in imtinası halında hər hansı tədbir və ya sanksiyaları qeyd etməyib.

Bundan əvvəl Blinkenin Pekinə səfər etməyi planlaşdırdığı bildirilirdi.

Səfərin ABŞ-ın Çinin Rusiyaya silah tədarükü və pilotsuz təyyarələr və raketlərin yaradılması texnologiyasının ötürülməsi, həmçinin peyk görüntüləri ilə bağlı narahatlığı ilə bağlı olduğu bildirilir.

Nazlı