Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

19 Aprel 2024 19:37 (UTC+04:00)

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXI tura start verilib.

SİA xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub. "Turan Tovuz" doğma meydanda "Sumqayıt"la üz-üzə gəlib. Tovuz şəhər stadionunda keçirilən matç qonaqların 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu nəticədən sonra xallarını 47-yə çatdıran “Sumqayıt” ikinci pilləyə yüksəlib. “Turan Tovuz” isə 42 xalla altıncı pillədə qalıb.

Qeyd edək ki, turun digər görüşləri aprelin 20-21-də baş tutacaq.