“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dan silib

19 Aprel 2024 14:49 (UTC+04:00)

“Apple” Çin hakimiyyətinin tələbi ilə “WhatsApp” mesencerini və “Threads” xidmətini Çindəki “App Store”dan silib. SİA xəbər verir ki, “Facebook”, “Instagram” və “Messenger” kimi digər korporasiya məhsulları isə yükləmək üçün əlçatan qalır.

“Çinin kibertənzimləyicisi milli təhlükəsizlik baxımından bu proqramların çıxarılmasına göstəriş verib”, - deyə “Apple”ın açıqlamasında deyilir.

Həmçinin korporasiya fəaliyyət göstərdiyi ölkənin qanunlarına, hətta onlarla razılaşmasa belə, riayət etməyə borclu olduğunu qeyd edib.