Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb

19 Aprel 2024 14:02 (UTC+04:00)

Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası aprelin 23-də keçiriləcək. SİA xəbər verir ki, bu barədə spiker Sahibə Qafarova parlamentin aprelin 19-da keçirilən plenar iclasının sonunda məlumat verib.

O bildirib ki, toplantının gündəliyi barədə məlumat veriləcək.