UEFA Avropa Liqasında həftənin futbolçusu adına namizədlər açıqlanıb

19 Aprel 2024 10:57 (UTC+04:00)

UEFA Avropa Liqasının 1/4 final mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı oyunçusu adına namizədlər açıqlanıb. SİA xəbər verir ki, bu ada Jordan Veretu ("Marsel"), Canluka Mançini ("Roma"), Berat Cimsiti ("Atalanta") və Matey Kovar ("Bayer 04") iddia edir.

Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə bəlli olacaq.