Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb

19 Aprel 2024 10:33 (UTC+04:00)

Azərbaycan stolüstü tennisçisi Onur Quluzadə daha bir beynəlxalq yarışda mükafat qazanıb. SİA-nın məlumatına görə, o, Lüksemburqda keçirilən “WTT Youth Contender” turnirində fərqlənib.

İlkin mərhələdə Almaniya, Fransa, Lüksemburq və Monqolustan təmsilçilərinə qalib gələn yeniyetmə idmançı qrup səddini lider kimi adlayıb.

1/8 finalda isveçli, 1/4 finalda isə fransalı rəqibini də mübarizədən kənarlaşdıran stolüstü tennisçimiz yarımfinalda digər fransalı rəqibinə 2:3 hesabı ilə uduzaraq turnirin bürünc medalına layiq görülüb.

Qeyd edək ki, bu, Onur Quluzadənin cari mövsümdə beynəlxalq yarışlarda qazandığı 5-ci mükafatdır.