Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edib

19 Aprel 2024 09:43 (UTC+04:00)

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə aprelin 18-də ümumi çəkisi 6,3 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.