Hacıqabulda qatar qadını vuraraq öldürüb

18 Aprel 2024 17:14 (UTC+04:00)

Hacıqabul rayon sakinini qatar vurub. SİA-nın məlumatına görə, hadisə rayon ərazisindən keçən dəmiryolu xəttində baş verib.

İlkin məlumata görə, piyada hadisə yerində həyatını itirib. Onun şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.