Zəngilanda silah-sursat aşkarlanıb

18 Aprel 2024 14:19 (UTC+04:00)

Zəngilanda silah-sursat aşkar edilib. Bu barədə SİA-ya DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Zəngilan Rayon Polis Şöbəsinə Ağalı kəndində silah-sursat tapılması barədə məlumat daxil olub. Həmin əraziyə keçirilən baxış zamanı 1 avtomat, 2 daraq və 43 patron aşkar edilib.

Araşdırma aparılır.