Qadın məşqçilərə diplomlar təqdim olunub

18 Aprel 2024 12:28 (UTC+04:00)

UEFA-nın A kateqoriyalı məşqçi kursunu müvəffəqiyyətlə başa vuran qadın mütəxəssislərə müvafiq diplomlar təqdim olunub. SİA AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbir qurumun inzibati binasında baş tutub.

Diplomları AFFA-nın vitse-prezidenti Könül Mehtiyeva, texniki direktoru Cahangir Həsənzadə və təhsil proqramının rəhbəri Aslan Kərimov təqdim ediblər.