Cəlilabadda yük maşını aşıb

18 Aprel 2024 11:29 (UTC+04:00)

Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın verdiyi məlumata görə, hadisə köhnə Ələt-Astara magistralında, Cəlilabad rayonunun Alar kəndi ərazisində qeydə alınıb. "İsuzu" markalı yük avtomobili idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində nəqliyyat vasitəsinə ziyan dəyib, xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.