Azərbaycan millisinin kapitanı Macarıstan çempionu olub

18 Aprel 2024 11:08 (UTC+04:00)

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin kapitanı Ayşən Abduləzimova növbəti dəfə Macarıstan çempionu olub. SİA xəbər verir ki, blokçunun komandası “Vaşaş” final mərhələsində KNRC klubunu üstələyib.

Hər üç görüşdə qələbə qazanan “Vaşaş” qızıl medallara sahib çıxıb. Abduləzimova son matçda 12 xal toplayıb.

Qeyd edək ki, Ayşən Abduləzimova bu il həm də Macarıstan Kubokunun qalibi olub.