MDSS üzrə daxilolmalarda 8,6% artım qeydə alınıb

18 Aprel 2024 10:14 (UTC+04:00)

2023-cü il ərzində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda proqnoza nisbətdə 413,2 mln. manat və ya 8,6% artım qeydə alınıb. Dövlət Sosial Müdafiə Fondundan SİA-ya verilən xəbərə görə, büdcə təşkilatları üzrə daxilolma 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 133,4 mln. manat və ya 8,0%, qeyri-büdcə təşkilatları üzrə isə 480,0 mln. manat və ya 16,5% artımla olub.