Bakıda yük avtomobili qadını vuraraq öldürüb

18 Aprel 2024 09:49 (UTC+04:00)

Bakıda yük avtomobili qadını vuraraq öldürüb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, aprelin 17-si saat 22 radələrində Binəqədi rayonunun Sulutəpə qəsəbəsi ərazisində N.Dadaşov idarə etdiyi “Howo” markalı avtomobillə yolun kənarı ilə gedən 35-40 yaşlı qadını vurub. Nəticədə həmin şəxs aldığı xəsarətlərdən hadisə yerində ölüb.

DİN-in Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.