Burak Özçivit yeni ekran işində rol alacaq

18 Aprel 2024 09:47 (UTC+04:00)

Məşhur aktyor Burak Özçivit yeni ekran işində rol alacaq. SİA xarici mətbuata istinadən xəbər verir ki, "Kuruluş Osman" serialının Osmanı "Halit Bin Velid" adlı filmdə çəkiləcək.
Yayılan məlumatlara görə, aktyor hazırda filmi çəkən şirkətlə razılığa gəlib. "Halit Bin Velid" filminin ssenarisi uzun müddət əvvəl yazılıb.
Layihənin rəhbəri Emre Konuk "Kudüs Fatihi Selahaddin Eyyubi" serialının ikinci mövsümünü çəkəcək.

Daha sonra "Halit Bin Velid" filminin çəkilişlərinə başlanılacaq.