Türkiyədə zəlzələ oldu

18 Aprel 2024 08:05 (UTC+04:00)

Türkiyənin Tokat şəhərində 4,7 maqnitualı zəlzələ olub. SİA xəbər verir ki, bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) məlumat yayıb. Zəlzələnin ocağı 9,97 kilometr dərinlikdə yerləşib. Tələfat və dağıntı barədə məlumat verilməyib.