Yaponiyada baş vermiş zəlzələ nəticəsində səkkiz nəfər yaralanıb. SİA xəbər verir ki, bu barədə NHK məlumat yayıb.
Yaponiya ictimai televiziyası bildirib ki, zəlzələnin ən çox hiss olunduğu cənub-qərbdəki Ayti, Koti və Osaka prefekturalarında səkkiz nəfər yüngül xəsarətlər alıb: əsasən yıxılma sonucunda sıyrıqlar və əzik.
Xatırladaq ki, yerli vaxtla aprelin 17-dən 18-nə keçən gecə Yaponiyanın Sikoku və Küsü adaları arasında 6,4 maqnitudalı zəlzələ olub. Teknonik zərbə sunami təhlükəsinə gətirib çıxarmayıb.