Çeçenistanın fövqəladə hallar naziri Dağıstanda saxlanılıb

17 Aprel 2024 20:27 (UTC+04:00)

Dağıstanda Çeçenistanın fövqəladə hallar naziri, general-mayor Əlixan Tsakayev saxlanılıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Baza Telegram-da bildirilib.

Deyilənlərə görə, polis Tsakayevi aprelin 14-də tutub.

O, Novolakski rayonundakı “Gerzel” keçid məntəqəsinin yaxınlığında qara rəngli yolsuzluq avtomobilindən çıxarılaraq üzü aşağı asfalta qoyulub.

General-mayorun yanında heç bir sənəd olmayıb. Nazirin tezliklə tibbi müayinədən keçmədən evə buraxıldığı qeyd edilir.

Bundan əvvəl Samarada Jiqulevsk şəhər dumasının sədr müavini, “Jiqulevskstroyzakazçik” bələdiyyə idarəsinin direktoru korrupsiyada şübhəli bilinərək saxlanılıb.

Nazlı