Tbilisidə atışma olub - Yaralananlar var

17 Aprel 2024 17:12 (UTC+04:00)

Gürcüstanın paytaxtı Tbilisidə atışma olub, üç nəfər yaralanıb. SİA xəbər verir ki, hadisə şəhərin Tabidze küçəsində baş verib.

Hadisə şahidləri yaralılardan birinin başından, iki nəfərin isə çiynindən güllə yarası aldığını bildiriblər.

“Atəş səsi eşitdim. 5-6 dəfə atəş açıldı. Qonşu mənə dedi ki, güllə atan başından, özünü müdafiə edən iki nəfər isə kürəyindən yaralanıb”, - deyə şahid qeyd edib.

Yaralılar xəstəxanaya yerləşdiriliblər.