Reklam Agentliyinin yeni sədri kollektivə təqdim olunub

17 Aprel 2024 14:59 (UTC+04:00)

Azərbaycan Dövlət Reklam Agentliyinin İdarə Heyətinin yeni sədri Fərhad Əsgər oğlu Adıgözəlov bu gün kollektivə təqdim olunub. Bu barədə SİA-ya agentlikdən məlumat verilib.

Yeni sədri kollektivə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov təqdim edib.

Xatırladaq ki, Prezident İlham Əliyevin aprelin 16-da imzaladığı sərəncamla F.Adıgözəlov Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub.