Xankəndidə silah-sursat aşkarlanıb

17 Aprel 2024 10:50 (UTC+04:00)

Xankəndidə ötən gün xeyli sayda silah-sursat aşkarlanıb. SİA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 16-da Xankəndi şəhəri ərazisindən üç ədəd müxtəlif markalı avtomat silahı, bir tüfəng, bir qumbara, bir alışdırıcı, 14 patron darağı, 1 195 ədəd müxtəlif çaplı patron və digər sursat aşkar olunaraq götürülüb.