Sabiq deputat Hadı Rəcəbli vəfat edib

17 Aprel 2024 09:06 (UTC+04:00)

Sabiq millət vəkili Hadı Rəcəbli vəfat edib. SİA xəbər verir ki, sabiq deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçmiş sədri Hadi Rəcəblinin səhhətinin pisləşməsi ilə əlaqədar 17.04.2024-cü il tarixində saat 06:38 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub. TƏBİB-dən verilən məlumata görə, Hadı Rəcəblinin həkiməqədər ölümü qeydə alınıb.