Serbiya Prezidenti COP-29-a dəvət edilib

16 Aprel 2024 21:18 (UTC+04:00)

Aprelin 16-da Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

SİA-nın əldə etdiyi məlumata görə, Dövlət başçısı Serbiya Prezidentini BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçiriləcək 29-cu sessiyasına dəvət edib.