Leysan yağışları 43 nəfərin həyatına son qoydu

16 Aprel 2024 10:40 (UTC+04:00)

Pakistanda leysan yağışları nəticəsində daşqınlar baş verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, daşqın və ildırım nəticəsində bütövlükdə 43 nəfər həyatını itirib.

Hayber Paxtunhvada 12, Pəncabda 21 və Bəlucistanda 10 nəfərin öldüyü bildirilib.