Bakıda mağaza yanıb

16 Aprel 2024 09:57 (UTC+04:00)

Bakı şəhərinin Səbail rayonunda ümumi sahəsi 20 m² olan meyvə-tərəvəz satışı mağazasının içərisində quraşdırılan 2 ədəd kondisioner və 1 ədəd soyuducu yanıb. SİA xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Yüksək temperaturdan lambirdən ibarət tavanı qarsalanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.