Lənkəranda "Range Rover" yanıb

16 Aprel 2024 09:55 (UTC+04:00)

Lənkəranda "Range Rover" markalı avtomobil yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, şəhərdə "Range Rover" markalı minik avtomobilinin mühərrik hissəsi qismən yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.