Kolleclərə 34 mindən çox abituriyent imtahan verəcək

16 Aprel 2024 09:54 (UTC+04:00)

9 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu başa çatıb. Dövlət İmtahan Mərkəzindən SİA-ya verilən xəbərə görə, 34519 abituriyent ərizəsini təsdiq edib.

Azərbaycan bölməsi üzrə təsdiq edilmiş ərizələrin sayı 33484, rus bölməsi üzrə isə 1035 təşkil edib.