Yaponiya sahillərində zəlzələ baş verib

16 Aprel 2024 05:17 (UTC+04:00)

Yaponiya sahillərində 5,9 bal gücündə zəlzələ qeydə alınıb. SİA xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Zəlzələnin episentri Kyuşu adasındakı Nişinomote şəhərindən 157 km cənub-şərqdə yerləşib.

Hazırda tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.