Sane karyerası ilə bağlı qərarını verdi

15 Aprel 2024 19:28 (UTC+04:00)

"Bavariya”nın vingeri Leroy Sane komandadan ayrılmayacaq.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, hücumameyilli futbolçu münhenlilərlə Çempionlar Liqasını qazanmağı arzulayır.

28 yaşlı oyunçu ilə yaxın vaxtlarda yeni müqavilə ilə bağlı danışıqlar aparılacaq. O, şəhəri, klubu bəyənir, Münhendə özünü rahat hiss edir. Almaniya millisinin üzvü üçün xarici təcrübə istisna edilmir, lakin bu, prioritet deyil. Bu mənada əsas rolu yeni baş məşqçi oynayacaq.

Qeyd edək ki, Leroy Sane bu mövsüm 38 matçda iştirak edib, 9 qol vurub, 13 məhsuldar ötürmə verib.