Bəzi bitkilər üzrə sort nümunələrinin dövlət sınağına formal yanaşılıb - HESABLAMA PALATASI

15 Aprel 2024 16:10 (UTC+04:00)

Azərbaycanda bəzi bitkilər üzrə sort nümunələrinin dövlət sınağının aparılması işlərinə formal yanaşılıb. SİA xəbər verir ki, bu barədə Hesablama Palatasının “Dövlət auditi” rüblük məlumat bülletenində bildirilir.

Sənədə əsasən, 2020-2022-ci illərdə hər-hansı qarşılıqlı razılaşma olmadan Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmətlər Agentliyi tərəvəz bitkiləri üzrə 327 sort, bostan bitkiləri üzrə 31sort nümunəsini dövlət sınağının həyata keçirilməsi üçün Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutuna göndərib və dövlət sınağının aparılması üçün mandatı olmayan həmin qurum 296 sortun dövlət sınağını qeyri-real müddətdə və təkrarlar olmadan aparıldığını rəsmiləşdiri ki, bu da dövlət sınağının aparılması işlərinə formal yanaşıldığını və etibarlı nəticələrin əldə edilmədiyini demək üçün müəyyən əsaslar yaradıb.