Yasamalda yataqxanada yanğın olub

15 Aprel 2024 15:54 (UTC+04:00)

Bakı şəhərinin Yasamal rayonunda yanğın olub. SİA FHN-ə istinadən xəbər verir ki, beşmərtəbəli yataqxana binasının 1-ci mərtəbəsindən 4 cü mərtəbəsinə kimi şaxtadan keçən elektrik kabelləri 6 p.m yanıb.

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.