Sərnişin avtobusu ilə minik avtomobili toqquşub - 19 nəfər ölü

15 Aprel 2024 15:12 (UTC+04:00)

Nigeriyanın Oyo əyalətində sərnişin avtobusu ilə minik avtomobili toqquşub. SİA xarici mətbuata istinadən xəbər verir ki, qəza nəticəsində 19 nəfərin həyatını itirdiyi bildirilib.

Qəzada avtobusda olan 20 nəfərdən 19-nun öldüyü, 1 nəfərin isə yaralandığı qeyd edilib və qəzanın “birtərəfli” qayda pozuntusundan qaynaqlandığı bildirilib.

Topluluk Tarafından Doğrulandı simgesi