Azərbaycanda ölüm halları azalıb

15 Aprel 2024 12:47 (UTC+04:00)

Bu ilin ilk iki ayında Azərbaycanda 10 395 ölüm halı qeydə alınıb. SİA xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Qeyd olunub ki, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 6,8-dən 6,2-yə düşüb.