Taekvondoçularımız Serbiyada iki medal qazanıblar

15 Aprel 2024 12:46 (UTC+04:00)

Azərbaycan taekvondoçuları Belqradda keçirilən Serbiya açıq çempionatında iki medal qazanıblar. SİA xəbər verir ki, G2 kateqoriyalı turnirdə Taleh Süleymanov (+87 kq) gümüş mükafata sahib çıxıb.

Səyyad Dadaşov (54 kq) isə yarışda bürünc medal əldə edib.