“Fənərbağça” qadın basketbol komandası Avropa Liqasının qalibi olub

15 Aprel 2024 03:29 (UTC+04:00)

Türkiyənin "Fənərbağça" qadın basketbol komandası Avropa Liqasının qalibi olub. SİA xəbər verir ki, İstanbul təmsilçisi turnirin finalında Fransa "Villeneuve"sini 106:73 hesabı ilə məğlub edərək kuboka sahib çıxıb.

Bununla da "sarı-lacivərdlilər" ardıcıl ikinci dəfə bu kuboku qazanmağı bacarıblar.