“Liverpul” və “Arsenal” doğma meydanda məğlub olub

15 Aprel 2024 00:52 (UTC+04:00)

İngiltərə Premyer Liqasında XXXIII turun növbəti oyunları keçirilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, günün ilk qarşılaşmasında “Vest Hem” doğma meydanda “Fulhem"i qəbul edib. Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Çempionluq mübarizəsi aparan "Liverpul" səfərdə “Kristal Pelas”a 0:1, "Arsenal" isə “Aston Villa”ya 0:2 hesabı ilə məğlub olub.

Bu nəticədən sonra "Mançester Siti" 73 xalla turnir cədvəlinə başçılıq edir. Hərəyə 71 xalı olan "Arsenal" ilə "Liverpul" isə ikinci və üçüncü pillələri bölüşürlər.