Qantz: İsrail zamanı gələndə İrana cavab verəcək

14 Aprel 2024 18:38 (UTC+04:00)

İsrail İranın ötən axşamkı hücumunu dəfə etməyə imkan verən strateji alyansı və regional əməkdaşlığı möhkəmləndirməlidir.

SİA APA-ya istinadən xəbər verir ki, bunu İsrail hərbi kabinetinin üzvü Benni Qantz bildirib.

Benni Qantz deyib ki, bu məsələ başa çatmayıb: “İsrail ötən axşam sübut etdi ki, hərbi və texnoloji gücdür, Yaxın Şərqdə təhlükəsizlik limanıdır. İsrail strateji alyansı və regional əməkdaşlığı gücləndirməklə zamanı gələndə İrana cavab verəcək”.

Qeyd edək ki, ötən gecə İran Silahlı Qüvvələri İsrailə 185 pilotsuz uçuş aparatı, 36 qanadlı raket və 110 “Yer-Yer” tipli raket ilə hücum edib.