...Kurqandakı Tobol çayı su ilə dolmağa davam edir. Son on saat ərzində onun səviyyəsi 65 sm artıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Kurqan vilayətinin hakimiyyət orqanları tərəfindən yaradılmış geoportalda daşqının artdığı bildirilir.
Belə ki, Moskva vaxtı ilə saat 16:00-a olan məlumata görə, Kurqan ərazisində Tobol çayında suyun səviyyəsi 556 sm-ə çatıb. Bundan əvvəl vilayətin qubernatoru Vadim Şumkov Tobolun sağ sahilində daşqın təhlükəsi barədə məlumat vermişdi.
Nazlı