NATO İranın İsrailə hücumunu pisləyib

14 Aprel 2024 15:30 (UTC+04:00)

“NATO İranın İsrailə hücumunu pisləyir və təmkinli olmağa çağırır”. SİA xəbər verir ki, bu barədə Agence France-Presse (AFP) alyansın mətbuat katibi Fərəh Daxlallaha istinadən məlumat yayıb.

“Biz İranın bir gecədə eskalasiyasını pisləyir, təmkinli olmağa çağırırıq və hadisələri diqqətlə izləyirik. Yaxın Şərqdəki münaqişənin nəzarətdən çıxmaması son dərəcə vacibdir”, - NATO sözçüsü bildirib.