İsveçdə Azərbaycan vətəndaşları üçün səyyar konsulluq xidməti

14 Aprel 2024 13:34 (UTC+04:00)

Azərbaycan vətəndaşları İsveçin Göteborq şəhərində təşkil olunmuş səyyar konsulluq xidmətlərindən yararlanıblar. SİA-nın məlumatına görə, bu barədə Azərbaycan Respublikasının İsveç Krallığında fövqəladə və səlahiyyətli səfiri “X”də paylaşım edib.

“Səfirliyimizin növbəti səyyar konsulluq xidməti qəbulunu İsveçin Göteborq şəhərində Västra-Götaland bölgəsində yaşayan həmvətənlərimiz üçün keçirdik”, - deyə diplomat qeyd edib.