İordaniya İranın İsrailə atdığı onlarla PUA-nı vurub

14 Aprel 2024 10:31 (UTC+04:00)

ABŞ və Böyük Britaniya ilə bərabər İordaniya da İranın İsrailə kamikadze pilotsuz uçuş aparatları (PUA) və raketlərlə hücumunun dəf olunmasında iştirak edib. SİA -nın xəbərinə görə, bu barədə xarici mətbuat məlumat yayıb.

Qeyd edilib ki, İordaniya hərbi təyyarələri ölkənin hava məkanına daxil olan onlarla İran PUA-sını vurub.