Millimiz Olimpiya Təsnifat turnirində növbəti oyununa çıxacaq

14 Aprel 2024 09:11 (UTC+04:00)

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Honqkonqda təşkil olunan Olimpiya Təsnifat turnirində növbəti oyununa çıxacaq. SİA-nın məlumatına görə, yığma yarımfinalda Macarıstan kollektivi ilə üz-üzə gələcək.

Qarşılaşma saat 11:30-da başlanacaq.

Digər yarımfinal görüşündə Niderland və Polşa seçmələri görüşəcəklər.

Turnirin qalibi Paris-2024 Yay Olimpiya Oyunlarına yeganə vəsiqəyə sahib çıxacaq.