ABŞ qüvvələri İranın İHA-larını vurmağa qadirdir

14 Aprel 2024 02:30 (UTC+04:00)

...İraq və Suriyada yerləşən ABŞ qüvvələri İranın İsrailə atılan pilotsuz təyyarələrini vurmağa qadirdir.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Amerika rəsmiləri CBS News-a bildiriblər.

Telekanalın həmsöhbətləri ABŞ ordusunun “İranın gələcək hərəkətlərinə” və regionda onu dəstəkləyən qüvvələrə qarşı hazır olduqlarını da bildiriblər.

Bundan əvvəl ABŞ İranın İsrailə bir neçə saatlıq hücum edəcəyini proqnozlaşdırmışdı.

Nazlı