Sunak İranın İsrailə hücumunu pisləyib...

14 Aprel 2024 02:01 (UTC+04:00)

Böyük Britaniyanın baş naziri Rişi Sunak İranın İsrailə hücumunu pisləyib.

O, sosial mediadakı X səhifəsində yazıb: “İran rejiminin İsrailə qarşı ehtiyatsız hücumunu ən kəskin şəkildə qınayıram”.

SİA-nın əldə etdiyi məlumata görə, Sunak, Britaniyanın İsrailin təhlükəsizliyini müdafiə etməyə davam edəcəyini də bildirib.

...ABC News xəbər verir ki, İrandan bütövlükdə İsrailə 400-500 pilotsuz təyyarə və raket atılacaq.

Nazlı