Zaporojye vilayəti atəşə tutulub, 11 nəfər ölüb

13 Aprel 2024 22:37 (UTC+04:00)

Ukrayna silahlı qüvvələri Zaporojye vilayətinin Rusiyanın nəzarətində olan ərazisini atəşə tutub. SİA bu barədə rus saytlarına istinad edir.

Tokmak şəhərinə endiirlən zərbələr nəticəsində 11 nəfər ölüb.

İki nəfər itkin düşmüş hesab olunur, 20 nəfər isə yaralanıb.