Sumqayıt şəhərində yanğın baş verib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Sumqayıt şəhərində ümumi sahəsi 64 m² olan 2 otaqlı mənzilin 1 otağında 1 ədəd televizor, 1 ədəd kondisioner,1 ədəd xalça və döşəmə 6 m² sahədə yanıb.
Yüksək temperaturdan eyvanın plastikdən ibarət qapısı əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.