"Mançester Siti" İngiltərə Premyer Liqasında 33-cü tur oyununa çıxıb.
SİA Qol.az-a istinadən xəbər verir ki, Mançester təmsilçisi "Luton Taun"u qəbul edib. Matç meydan sahiblərinin 5:1 hesablı qələbəsi
ilə başa çatıb.
"Mançester Siti" - "Luton Taun" - 5:1
Qollar:Xasioka, 2 (1:0), Kovaçiç, 64 (2:0), Haaland, 76 (3:0), Barkli, 81 (3:1), Doku, 87 (4:1), Qvardiol, 90+3 (5:1)
Bu nəticədən sonra “Mançester Siti” 73 xalla (32 oyun) turnir cədvəlində birinci pilləyə yüksəlib. Ancaq 71 xalla (31 oyun) 2-ci pillədəki "Arsenal" sabah "Aston Villa"ya qalib gəlsə, liderliyi bərpa edəcək.