Qrizmannın dublu "Atletiko"ya "Jirona"nı məğlub etməyə kömək edib

13 Aprel 2024 20:08 (UTC+04:00)

Futbol üzrə İspaniya çempionatının 31-ci turunda “Atletiko Madrid” doğma meydanda “Jirona” üzərində qələbə qazanıb. Görüş 3:1 hesabı ilə başa çatıb.

Qaliblərin heyətində Antuan Qrizmann dubl edib, daha bir qol isə Anxel Korrea vurub.

SİA-nın əldə etdiyi məlumata görə, qonaqların heyətində Artem Dovbik fərqlənib.

Beləliklə, “Atletiko” 61 xal toplayıb və La Liqa turnir cədvəlində dördüncü, "Jirona" isə 65 xalla üçüncü yerdədir.

Nazlı