Bayden İranı İsrailə hücum etməməyə çağırıb

13 Aprel 2024 02:33 (UTC+04:00)

İranın Suriyadakı səfirliyinin konsulluq bölməsinə İsrailin bu yaxınlarda endirdiyi zərbəyə cavab olaraq Tehran hərbi güc tətbiq etmək niyyətində olsa, bu, alınmayacaq. SİA xəbər verir ki, bu bəyanatla ABŞ Prezidenti Cozef Bayden çıxış edib.

O, Ağ evdə jurnalistlərin suallarını cavablandırarkən deyib: “Biz İsraili dəstəkləyəcəyik, İsrailin müdafiəsinə kömək edəcəyik. İran isə buna nail olmayacaq”.

Eyni zamanda, Amerika lideri Tehranı hazırkı vəziyyətdə güc tətbiq etməməyə çağırıb. İndi İrana hansı mesajı göndərmək istərdiniz sualına Bayden “bunu etməyin” deyə cavab verib.